Logo

Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlandı

Dövlət Agentliyinə məxsus avadanlıqlar oğurlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları oğurlayan şəxs saxlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İyunun 14-də saat 10 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yolların mühafizə zolağında istifadə olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları qanunsuz olaraq əldə edib idarə etdiyi “KamAZ” markalı avtomobilə yükləyən Sumqayıt şəhər sakini A.Alışov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR