Logo

Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI

Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gecə Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən rayonu ərazisində baş verən dəhşətli qəza yolun təmir-bərpa işləri gedən hissəsində qeydə alınıb.

Sfera.az xəbər verir ki, Bizim.Media-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ağır fəsadları olan qəza Bakı-Quba yolunun təmir gedən hissəsində iki istiqamətli bir zolağında qeydə alınıb.

Sumqayıt sakini, 34 yaşlı Xalidə Xəlilzadə idarə etdiyi "Nissan Mikra"markalı avtomobillə Quba istiqamətinə gedərkən əks istiqamətdən gələn Siyəzən sakini, 31yaşlı Azər Ağayevin idarə etdiyi "Mersedes SML"markalı avtomobillə toqquşub.

Nəticədə "Nissan"ın sürücüsü, Xalidə Xəlilzadə hadisə yerində, sərnişini, 19 yaşlı Quba sakini Gülbəniz Əfqan qızı Qaçıyeva isə Siyəzən Müalicə-Dioqnostika Mərkəzində ölüb.

Hadisə zamanı "Mercedes" də 3, "Nissan"da isə 2 sərnişin olub. Müxtəlif xəsarətlər almış sərnişinlərin  hamısı və "Mercedes"in sürücüsü Azər Ağayev Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə gətiriliblər. Yaralılara dərhal lazımi tibbi yardıımlar edilib. Mərkəzə daxil olan sərnişinlər arasında anası və xalası ilə 8 yaşlı qız da olub.

Faktla bağlı hadisə yerində Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində CM-nin 263.3 maddəsi ilə cinayət işi açılıb. Hadisənin hansı sürücünün günahı ucbatından baş verdiyini təyin ediləcək avtotexniki ekspertizanın rəyi  müəyyən edəcək.

Görünən odur ki, sürücülər təmir gedən yolda  yol polislərinin  nəqliyyat vasitələrini ehtiyatla və təmir işlərinin getdiyini nəzərə almaqla idarə etmələri  üçün etdiyi tövsiyələrinə məhəl qoymurlar.

Təəssüf ki, bu, həmin yolda ilk hadisə deyil. Təmir gedən Bakı-Quba yolunun 68-ci km-də də mayın 30-da  ağır qəza baş vermiş, "Mitsibushi Pikap" markalı avtomobillə motosiklet toqquşmuş, 27 yaşlı nişanlı Xızı sakini ölmüşdü. Ötən gün baş verən qəzanın fəsadları da göz qabağındadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR