Mingəçevirdə işə gedən gənc xanımı itlər dişlədi
Kateqoriya məlum deyil
Mingəçevirdə işə gedən gənc xanım itlərin hücumuna məruz qalaraq çoxsaylı xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, hadisə az öncə Şəfa bağları yaşayış massivində baş verib.
İşə gedən 1997-ci il təvəllüdlü şəhər sakini Əhmədova Şəfiqə Mövlud qızı eyni zamanda 3-dən çox itin hücumuna məruz qalıb.
Çoxsaylı bədən xəsarəti alan gənc xanım yalnız ətrafdakıların köməyi ilə qurtularaq təcili xəstəxanaya çatdırılıb.(Bizim.Media)






