Logo

Bu uşaqlara günəş kremindən istifadə tövsiyə olunmur - Valideynlərin DİQQƏTİNƏ!

Bu uşaqlara günəş kremindən istifadə tövsiyə olunmur - Valideynlərin DİQQƏTİNƏ!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yay aylarında dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaq üçün günəş kremlərindən geniş istifadə olunur.

Bəs, uşaqlar üçün hansı günəş kremləri məsləhətlidir?

Sfera.az lent.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Elşən Tağıyev konkret cavab verib:

"6 aydan kiçik uşaqların açıq günəş şüaları altında qalması və günəş kremlərindən istifadə tövsiyə olunmur .6 aydan böyük uşaqlar üçün kremlərdən istifadə oluna bilər .Günəş kremləri seçərkən SPF (Sun Protection Factor) - günəş şüalarından qoruma faizinə diqqət edin".

Onun sözlərinə görə, uşaqlar üçün bu kremlər daha uyğundur:

"SPF 15 kremlər - günəş şüalarının 93%-i,

SPF 30 kremlər Günəş şüalarının 97%-i,

SPF 50 kremlər günəş şüalarının 98%-i bloklaylr və dərini qoruyur.

Gördüyünüz kimi SPF 30 kremlər həm körpə həm də böyüklər üçün ideal seçimdir. Daha yüksək SPF kremlər tövsiyə olunmur".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR