Logo

Türk ordusu Suriyaya girdi: İŞİD-in başı əzilir - YENİLƏNİB - VİDEO

Türk ordusu Suriyaya girdi: İŞİD-in başı əzilir - YENİLƏNİB - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

10:37

Türkiyənin Silahlı Qüvvələri və Suriyada prezident Bəşər Əsəd rejiminin qoşunları ilə yanaşı terrorçulara qarşı vuruşan Koalisiya Qüvvələrinin hərbi tiəyyarələri Suriyanın Hələb şəhərinin yaxınlığındakı Cerablusda əməliyyata başlayıb.

Milli.Az DHA-ya istinadən bildirir ki, əməliyyatın məqsədi Cerablusun "İraq və Şam İslam Dövləti" (İŞİD) terorçularından təmizlənməsi, Suriyanın ərazi bütövlüyünü qorumaqdır.

Əməliyyat bu gün yerli vaxtla səhər saat 4 radələrində Türkiyə sərhədindən artilleriya və raket atışları ilə başlayıb. 5 dəqiqə sonra Türkiyə ordusunun xüsusi təyinatlı dəstələri Suriya ərazisinə girib. 04.45-də artilleriya atəşləri dayandırılıb. 63 hədəfə 224 dəfə atəş açılıb.

Havadan zərbələrsə 06.08-də başlanıb.

----------
09:22

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçulardan azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Həmçinin xəbər verilir ki, əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalardan təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün dəstəklənməsinə yönəlib.

XXX

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.

APA-nın xəbərinə görə, bu barədə  "Anadolu" agentliyi məlumat yayıb.  
 
Qeyd edək ki, Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini  İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.
 
Agentliyin yaydığı məlumatda bildirilir ki,  Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.  
 
Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR