Ərini həmcinsi ilə yataqda tutan qadın danışdı: \"Bu video bir ildən çoxdur ki...\"

Ərini həmcinsi ilə yataqda tutan qadın danışdı: \

“Bir ildən artıqdır rəsmi şəkildə boşansaq da, uşaqları mənə vermirdilər, 5 aydan çox idi ki, övladlarımın üzünü görmürdüm”.

 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl həmcinsi ilə birlikdə videosu yayılan şəxsin keçmiş həyat yoldaşı S.Ağayeva (şərti) deyib.

 

Rayonlardan birində yaşayan qadın əlavə edib ki, görüntülərin sosial şəbəkələrdə, xüsusilə vatsapda kütləvi yayılmasından sonra övladlarını yaşadığı evə gətirə bilib: “Bu görüntülərin yayılması hər birimiz üçün böyük zərbədir. Həmin video 1 ildən çox olar ki, çəkilib və məhkəməyə, eləcə də digər hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Lakin görüntüləri birmənalı olaraq deyə bilərəm ki, mən yaymamışam və belə olmasını da istəməzdim. Uşaqlarımın taleyinə gəlincə, video yayılandan sonra məktəbin qarşısına gedib övladlarımı evə gətirdim. Halbuki neçə ay idi rəsmi şəkildə məhkəmə qətnaməsi olsa da, yəni hər iki uşaq mənim himayəmə verilsə də, ataları övladlarımı mənə vermirdi. Keçmiş qayınanam hər dəfə məktəbin qarşısında dava salıb uşaqları özü ilə aparırdı”.

 

S.Ağayeva əlavə edib ki, övladlarının ona verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə görə apellyasiya şikayəti verib:

 

“Apellyasiya şikayətində 2014 və 2016-cı il təvəllüdlü uşaqların mənə verilməsinə dair qətnamə olsa da, bunun icra edilmədiyini bildirmişəm. Həmçinin keçmiş həyat yoldaşım aylardır uşaqlara görə təyin edilmiş alimenti ödəmir, səhv etmirəmsə 1200 manata yaxın aliment borcu yığılıb”.

 

Qeyd edək ki, qadının bir il əvvəl çəkdiyi video məhkəmədə sübut kimi dəyərləndirilib.

 

Videodakı şəxsin isə yaşadığı bölgədə müğənnilik və falçılıq etdiyi deyilir. 


OXŞAR XƏBƏRLƏR

Cənazə biznesi sahibinin evindəki ürpədici kəşflər müstəntiqləri təəccübləndirdi

Koloradoda (ABŞ) dəfn evinin sahibi, 34 yaşlı Mayls Harford öz evində 35 yandırılmış insan qalıqlarını qanunsuz saxlamaqda ittiham olunur. İndi təqsirləndirilən...

Gündə bu qədər çörək yeyə bilərsiniz - Pəhrizdə olanlara ÇAĞIRIŞ

Dietoloq Yuliya Çexonina və ROSBIOTECH Universitetinin taxıl, çörəkbişirmə və qənnadı məmulatları texnologiyaları kafedrasının müdiri Yelena Taranova çörəyi tam...

“Simpsonslar”da ölümcül qasırğanın olacağı təsvir edilib: Pərəstişkarlar heyrətə gəlib

“Simpsonlar” cizgi serialının pərəstişkarları iddia edirlər ki, ssenaristlər Florida ştatını vuran və azı 17 nəfərin ölümünə səbəb olan qasırğanı əv...

Qadını öldürdükdən sonra özü də intihara cəhd etdi

Hollandiyanın Assen şəhərində 35 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb. Hadisədən sonra intihara cəhd edən onun 40 yaşlı keçmiş sevgilisi cinayətdə şübhəli ...

4 litr su içən qadın xəstəxanalıq oldu - İlginc HADİSƏ

Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə qalıb. Sfera.az xəbər ver...

TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.   Sfera.az xəbər verir ki, ...