Şəkidə aptek və evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO

Şəkidə aptek və evdən oğurluq edən şəxslər saxlanıldı - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində törədilən bir neçə oğurluq faktının üstü açılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən apteklərin birindən mobil telefon, seyf və kassada olan pulun oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Ayxan Səlimov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxsdən oğurladıqları, eləcə də obyektin qapısını açmaqda istifadə etdiyi soyuq silah maddi sübut kimi götürülüb.


Araşdırma zamanı Ayxan Səlimovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun respublikanın digər şəhər və rayonlarında da bir qayda olaraq apteklərdən oğurlatlar zamanı rayon ərazisində törədilən bir neçə oğurluq faktının üstü açılıb.



Keçirilmiş digər bir əməliyyat-istintaq tədbirləri nəticəsində isə fərdi yaşayış evindən ümumilikdə 2300 manat dəyərində mis qazan,samovar, məcmeyi və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Qismət Abdurrəhimov tutulub. Saxlanılan şəxs əməlini etiraf edib və oğurladığı əşyaları əlvan metal qəbulu məntəqəsinə satdığını bildirib.

Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.


 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...