Kürün bu məntəqəsində suyun səviyyəsi azaldı

Kürün bu məntəqəsində suyun səviyyəsi azaldı

İyunun 13-də Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində suyun səviyyəsi 5, Gəncəçayın Zurnabad məntəqəsində 3, Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr artıb.

 

Kürəkçayın Çaykənd və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsində 2, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 1 santimetr azalıb. Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb. Viləşçayın Şıxlar məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 275 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 47 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 96 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 12-də saniyədə 322 kubmetr, maksimal su sərfi iyunun 12-si saat 20:00-da 323 kubmetr/saniyə təşkil edib.

 

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 142 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 84 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 82 faiz çoxdur. Məntəqədə orta su sərfi iyunun 12-də 153 kubmetr/saniyə, maksimal su sərfi iyunun 12-si saat 08:00-da saniyədə 155 kubmetrə bərabər olub.

 

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 8 santimetr artaraq 396 santimetr, su sərfi isə 152 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 12-si saniyədə 146 kubmetr, maksimal su sərfi iyunun 12-si saat 20:00-da 147 kubmetr/saniyə təşkil edib.

 

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 171 santimetr olub. Məntəqədə orta səviyyə iyunun 12-də 175 santimetr, maksimal səviyyə isə iyunun 12-si saat 08:00-da 177 santimetrə bərabər olub.

 

Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 106 santimetr, su sərfi 37,5 kubmetr/saniyə olub. Məntəqədə orta su sərfi iyunun 12-də saniyədə 42,5 kubmetr, maksimal su sərfi isə iyunun 12-si saat 08:00-da 42,7 kubmetr/saniyə təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, qar... - Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.   Bu ...

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Bu gün, mayın 8-də dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ikinci yarımfinalının cavab oyunu keçiriləcək. Sfera.az xəbər verir ki, İspan...

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydə...

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.   Sfera.az xəbər verir ki, təqdimatd...

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...