Logo

Siyavuş Novruzov: “Rövşən Lənkəranski kimi insanlara ehtiyac var”

Siyavuş Novruzov: “Rövşən Lənkəranski kimi insanlara ehtiyac var”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rövşən Lənkəranski kimi insanlara ehtiyac var”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, icra katibinin müavini Siyavuş Novruzov 18 avqust 2016-cı ildə gecə saatlarında Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Canıyevlə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, Rövşən Lənkəranski ilə bağlı məlumatları mətbuatdan izləyir: "Leyhinə və əleyhinə yazılar gedir və hesab edirəm ki, bunlara ehtiyac yoxdur. Allah Rəhmət eləsin. Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var. Mən də Rövşən Lənkəranskinin ölümünə görə, onun yaxınlarına, doğmalarında baş sağlığı verir və Allahdan Rəhmət diləyirəm”.

S.Novruzov deyib ki, bu barədə yalnız eşitdiklərini danışa bilər: "İndi Rövşənin ölüm səbəblərinə görə hərənin bir versiya irəli sürməsi düzgün deyil. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb açılacaq. Bundan sonra ictimayyət məlumatlandırılacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR