Su nasosunu təmir edərkən “tok” vurub öldürdü
Kateqoriya məlum deyil
Yardımlı RİH-in əməkdaşı su nasosunu təmir edərkən ölüb.
Prokurorluqdan Sfera.az-a bildirilib ki, iyunun 11-də 1982-ci il təvəllüdlü rayon sakini Sərhad Sultanovun ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən S.Sultanov Viləş çayının kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.






