Logo

Rəşad Nəbiyev və Hafiz Paşayev qaliblərlə görüşdü

Rəşad Nəbiyev və Hafiz Paşayev qaliblərlə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ADA Universitetinin rektoru, professor Hafiz Paşayev “TEKNOFEST Azərbaycan”ın qalibi olan komanda ilə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə nazir özünün “Facebook” hesabında məlumat verib.

““TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Sosial yönümlü texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə birinci yerin qalibi ADA Universitetinin “FingerTalk” komandası olub. Universitetin rektoru, professor Hafiz Paşayevlə birlikdə komanda üzvləri ilə görüşdük. Gəncləri bir daha təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladıq”, - deyə nazir əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR