Logo

"Əfsanəvi gəlin" Azərbaycana gətirilməlidir" - Həmid Herisçidən təklif / FOTO

"Əfsanəvi gəlin" Azərbaycana gətirilməlidir" - Həmid Herisçidən təklif / FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Böyük İtalya bəstəkarı Jakome Puççininin son operası - "Şahzadə Turandot" Azərbaycanda səhnələşdirilməlidir”.

Sfera.az xəbər verir ki, bu təkliflə tanınmış şair-yazıçı, publisist, tele-aparıcı Həmid Herisçi çıxış edib. O, sözügedən operanın Şuşada səhnəyə qoyulmalı olduğunu deyib:

“Böyük İtalya bəstəkarı Jakome Puççininin son operası - "Şahzadə Turandot"  qədim Turanla bağlıdır. Mövzu Nizaminin "Yeddi gözəl" əsərindən götürülüb.

Əsərin baş qəhrəmanı, Turan gözəli, öz adaxlılarına sərt şərt qoyub: məni sevən şəxs, mütləq üç tapmacanı cavablandırmalıdır. Məncə, əfsanəvi Turan mövzulu bu opera tezliklə Azərbaycanda səhnələşdirilməlidir. Misal üçün türk dünyasının mədəniyyət paytaxtı Şuşada...”.

İnci
Sfera.az

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR