Logo

Əməliyyatda ölən qızın qohumları həkimləri döydü

Əməliyyatda ölən qızın qohumları həkimləri döydü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.

Sfera.az apa-ya istinadən xəbər verir ki, bu barədə əməliyyat aparılan "Yeni Gəncə” özəl tibb mərkəzindən məlumat verilib.

Məlumata görə, ötən gün burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Mərkəzdən bildirilib ki, A.Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR