Şuşaya səfər adıyla yüzlərlə alim aldadıldı - DİN-dən açıqlama

Şuşaya səfər adıyla yüzlərlə alim aldadıldı - DİN-dən açıqlama

Bir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə tarixçi alim Arif Gürşadoğlu öz feysbuk hesabında məlumat yayıb.

 

O bildirib ki, Şuşa adına çox saxtakarlıqlar olub, ancaq beləsi hələ olmamışdı:

 

“Demək, Əlvan Cəfərov adlı bir nəfər - “İksad Azərbaycan”ın baş koordinatoru Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi Şuşa adıyla aldadıb. Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bir çirkin oyun qurulub.

 

Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25.900 manat edir”.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlər idarəyə müraciət edə bilərlər.

 

Xatırladaq ki, daha öncə Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllim aldadılmışdı. Şuşa 1 saylı tam orta məktəbin müəllim heyəti “Qafqazinfo”ya müraciətlərində səfərə getmək üçün 70 nəfərin müraciət etdiyini və hərəsinin bunun üçün 22 manat ödədiklərini bildirmişdilər.


OXŞAR XƏBƏRLƏR

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar.   Sfera.az xəbər verir ki...

Dünyanın ən uzunömürlü heyvanları - SİYAHI 

Bu heyvanlar uzunömürlülükləri ilə rekordlara imza atır.   Sfera.az dünyanın ən uzunömürlü 3 heyvanını sizə təqdim edir:   Qubbəli böyük t...

Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

“Avroviziya” musiqi yarışmasında ölkəni təmsil edən ukraynalı sənətçilər köynəklərindəki təxribat xarakterli şüarlara görə cərimələniblər.  ...

Bayden və Zelenski yaxın həftələrdə görüşə BİLƏRLƏR

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenskinin yaxın bir neçə həftə ərzində görüş ehtimalı yüksəkdir.   Sfera.az Ukrayna KİV-ə is...

Əhaliyə sabahla bağlı XƏBƏRDARLIQ! - Saat 09:00-dan...

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.   ...

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.   Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  ...