Bakıda toy karvanında avtoşluq edənlərin görüntüləri yayıldı - VİDEO

Bakıda toy karvanında avtoşluq edənlərin görüntüləri yayıldı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda toy karvanında avtoxuliqanlığın görüntülərini yayıb.

 

BDYPİ-dən Sfera.az-a verilən məlumata görə, toy karvanında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən aşkar edilərək barələrində tədbirlər görülüb.

 

Belə ki, iyunun 7-si Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, üzü paytaxt istiqamətində hərəkətdə olan toy karvanında iştirak edən 22 yaşlı Mircəlal Miradiyev və 27 yaşlı Elşad Eyvazov idarə etdikləri avtomobillərlə ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdikləri üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən barələrində inzibati xəta haqqında protokollar tərtib edilərək, toplanmış materiallarla birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmə Mircəlal Miradiyev və Elşad Eyvazovu İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib və hər biri barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs qərarı çıxarıb.

 


OXŞAR XƏBƏRLƏR

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Hazırda “Forget Tomorrow” dünya turnesində olan Castin Timberleykin maliyyə vəziyyəti heç də ürəkaçan deyil.    Sfera.az bildirir ki...

Sığorta, məzuniyyət, təqaüd: Dünyada ilk dəfə seks işçiləri üçün əmək məcəlləsi qəbul edildi

Belçika hökuməti Avropada və dünyada seks işçiləri haqqında ilk əmək qanununu qəbul edib.   Sfera.az xəbər verir ki, bu ayın əvvəlində Belçikada seks...

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Son 15 ildir ki, San-Fransiskoda milyarder Vinod Xosla evinin yaxınlığındakı çimərliyə girişi məhdudlaşdırmaq üçün mübarizə aparır. Ancaq bu dəfə də bu cəhd yen...

Naxçıvanda yaşayan ailələrin sayı açıqlandı

Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır.   Bu barədə Sfera.az-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri ...

Şahzadə Harri və Meqan Markl yeni uğursuzluğa düçar oldular

Şahzadə Harri və Meqan Marklın “Archewell” Fondunda (“Archewell Foundation”) qanun pozuntusu aşkar edildikdən sonra fonda pul yığmaq və ...

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

“Kann” kinofestivalında qırmızı xalça daim bütün dünya kinosevərlərinin diqqətini çəkir.    Sfera.az bildirir ki, 77-ci “Beynə...