Hindistan səfiri Azərbaycan XİN-ə çağırıldı

Hindistan səfiri Azərbaycan XİN-ə çağırıldı

Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

 

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

 

Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.


OXŞAR XƏBƏRLƏR

Suriya Prezidentinin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə leykoz diaqnozu qoyulub.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya d...

"Azərbaycan “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradə ortaya qoyub" - Zahid Oruc

“Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür”.  Sfera.az xəbər ...

"Bandotdel"dən Bakı və rayonlarda ƏMƏLİYYAT: Saxlanılanlar var - ADLAR

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotikləri...

Əhali hələ də bu yolla ALDADILIR: "Hamısı eyni üsulla..." - RƏSMİ AÇIQLAMA

Ötən gün polisə yenidən bank kartlarından oğurluqla bağlı müraciətlər daxil olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətini...

Ermənistanın hakim partiyası: "Nikol Paşinyanın mümkün istefası müzakirə edilmir"

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası müxalifətin addımları fonunda baş nazir Nikol Paşinyanın mümkün istefası və ya növbədənkənar parlam...

Nazir Bayramova AĞIR İTKİ - FOTO

Milli Məclisin əməkdaşı Nazir Bayramova ağır itki üz verib.   Sfera.az xəbər verir ki, N.Bayramovun oğlu Emil Bayramov vaxtsız vəfat edib.  &...