Badamdarda maşından 9 minə yaxın pul OĞURLANDI

Badamdarda maşından 9 minə yaxın pul OĞURLANDI

Səbail rayonu, Badamdar qəsəbəsində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsulları oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər də analoji əmələ görə məhkum olunmuş H.Rzayev və E.Səfərov müəyyən edilərək saxlanılıblar.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR