Bu vətəndaşlar üçün yeni EVLƏR TİKİLƏCƏK

Bu vətəndaşlar üçün yeni EVLƏR TİKİLƏCƏK

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

 

Sfera.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Ricon" MMC-dir.

 

Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək.

 

Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün tikilir.(pravda.az)


OXŞAR XƏBƏRLƏR