Avtobusla işə gedən şəxslərin nəzərinə - Sabahdan etibarən...

Avtobusla işə gedən şəxslərin nəzərinə - Sabahdan etibarən...

''Formula 1''  yarışı ilə əlaqədar paytaxtda bəzi küçələrdə qoyulmuş məhdudiyyətlərə görə 20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bəzi ərazilərdə isə yeni hərəkət sxemi müəyyən edilib. Bakı şəhər dövlət yol polis idarəsi bununla bağlı sürücülərə müraciət edib.

 

Sfera.az xəbər verir ki, paytaxtda bir sıra avtobusların hərəkət sxemində dəyişiklik edilib

 

Formula 1 yarışı ilə əlaqədar şəhərin bir sıra küçələrinə məhdudiyyət qoyulub. Yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşurut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik olunub. Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirilib ki,. "Formula 1" Azərbaycan Qran Prisinin davam etdiyi günlərdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görülür.

 

Bildirilib ki, bu çərçivədə 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

 

Bakının bəzi küçə və prospektlərində də sözgüdən yarışla bağlı yeni hərəkət sxemi müəyyən edilib. Bunu Bakı Şəhər Dövlət yol polisi idarəsinin baş inspektoru Araz Əsgərli bildirib. Bundan əlavə o sürücülərə də müraciət edib.

 

Qeyd edək ki, Formula 1 trekinin əhatə etdiyi  küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlər plana uyğun olaraq iyunun 8-də səhər saat 06:00-da aradan qaldırılacaq.


OXŞAR XƏBƏRLƏR