Logo

REAL FM ümumölkə radio yayımını həyata keçirəcək

REAL FM ümumölkə radio yayımını həyata keçirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Audiovizual Şurasının iclası keçirilib və iclasda iki məsələ müzakirə olunub.

Şuradan Sfera.az-a verilən məlumata görə, gündəlikdə duran birinci məsələ Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü televiziya yayımının gücləndirilməsi ilə bağlı olub.

İclas zamanı həmçinin "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin ümumölkə radio kanalı olan "REAL FM" üçün bölgələrdə radiotezliklərinin ayrılması məsələsi də müzakirə olunub. Şuranın Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin və "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin birgə həyata keçirdiyi təhlil və monitorinqlərin nəticəsində "REAL FM"in ümumölkə radio yayımını həyata keçirmək üçün zəruri radiotezliklər müəyyən olunub. Şuranın qəbul etdiyi müvafiq qərar ilə ölkə üzrə 8 bölgədə yerləşən radio-televiziya yayım stansiyalarından müvafiq radiotezliklər "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin istifadəsinə ayrılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR