Logo

“Şuşa - qürur mənbəyimiz” - FOTOLAR 

“Şuşa - qürur mənbəyimiz” - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı N.Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilir. Bu gün məktəbin 4a sinif müəllimi Güləbətin Tağıyevanın təşkilatçılığı, 4a sinif şagirdlərinin iştirakı ilə “Şuşa - qürur mənbəyimiz” adlı  tədbir keçirildi.

Sfera.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, tədbirdə Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Şuşa ilini qürurla, sevinclə, qalib ölkənin nümayəndəsi kimi qeyd etməyimizdə Ali Baş Komandan [M1] başda olmaqla, şəhidlərimizə, qazilərimizə Azərbaycan Ordusuna borclu olduğumuz vurğulandı. Tədbirdə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Məhi Mehtiyev[M2] , Nizami rayon YAP nümayəndəsi Selcan Novruzova, MOK-un əməkdaşı İntiqam Səfərov,  4a sinifin adını daşıdığı şəhid Anar Qumaşovun nənəsi, 44 günlük  vətən müharibəsində  iştirak etmiş məktəbin məzun şagirdləri, məktəbin müəllim, şagird, valideyn kollektivi iştirak etdi.

Tədbirdə Qarabağ tarixinin səhifələri vərəqləndi.  Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, Şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti səhnəciklərlə, şeirlərlə xatırlandı. Şuşa qurucularından olan Mehdiqulu xanın qızı Ağabəyim ağanın vətən həsrəti, Xurşudbanu Natəvanın Knyazla söhbəti, mal-mülkünü geri alıb İsa bulağını saldırması, beşiyimizin yetişdirdiyi incəsənət xadimləri, dahi şəxsiyyətləri Xan Şuşinski, Üzeyir Hacıbəyli, Bülbül, Soltan Hacıbəyov, Barat Şəkinskaya, Qəmərbəyim Şeyda, Ənvər Behbudov və s. obrazlı şəkildə səhnələşdirildi və əsərləri ifa edildi.

Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnılar,  Şuşa əməliyyatı,  əsgərlərimiz əməliyyata hazırlığı şagirdlər tərəfindən məharətlə ifa olundu[M3] . Tədbirin sonunda məktəbin direktoru Xuraman Osmanova və dəvət olunmuş qonaqlar çıxış edərək  belə gözəl tədbir üçün sinif müəllimi Güləbətin Tağıyevaya və şagirdlərə təşəkkürlərini çatdırdılar.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR