Logo

Yeddi məhkumun hansı xəstəlikdən öldüyü MƏLUM OLDU – RƏSMİ 

Yeddi məhkumun hansı xəstəlikdən öldüyü MƏLUM OLDU – RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verildiyi kimi, Bakıda həbsxanada 7 məhkum dünyasını dəyişib. Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Belə ki, müxtəlif cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş Vüqar Babayev, Elnur Qəribov, Amaxan Nəcərov, Elçin İsmayılov, Etibar Əliyev, Rauf Namazov və Xəzər Əsədullayev dünyasını dəyişiblər. Məhkumların xəstəlikdən öldükləri bildirilir.

Maraqlıdır, məhkumlar hansı xəstəlikdən və nə vaxt dünyalarını dəyişiblər?

Sfera.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Tibb xidmətindən Bizim.Media-ya bildirilib ki, həmin məhkumların ağır xroniki xəstəlikləri olub və onlar  son aylarda Penitensiar Xidmətin Müalicə müəssisəsində müxtəlif tarixlərdə vəfat edənlərdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR