Logo

Cəlal Qurbanov hadisədən DANIŞDI: "Gözümü açanda..."

Cəlal Qurbanov hadisədən DANIŞDI: "Gözümü açanda..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Övladlarımla həftəsonları Novxanıda at çapmağa getdik. At qəfildən itlərin hücumuna məruz qaldı və hürkdü. Bu zaman atdan yıxıldım. Övladlarım o anlarda yanımda olublar. Başımdan, üzümdən və bədənimdən müxtəlif xəsarətlər almışam”.

Sfera.az xəbər verir ki, Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Fire Land production”un rəhbəri, xeyriyyəçi Cəlal Qurbanov deyib.

O, baş verən hadisəni belə nəql edib:

“Gözümü açanda “Gömrük” hospitalının reanimasiya şöbəsində idim. Yaddaşımı itirmişdim, amma indi həkimlərin sayəsində özümü daha yaxşı hiss edirəm”.

C.Qurbanov haqqında yayılan “Cəlal Qurbanova itlər hücüm çəkib” xəbərlərini yalanlayıb.

“Haqqımda xəbərlər yayılıb ki, güya itlər məni dişləyib. Amma dezinformasiyadır. İtlər məni dişləməyib, ata hücum ediblər. Səhhətim normaldır və axşam saatlarında evə buraxılacam. Mənimlə maraqlanan sənət yoldaşlarıma və həkimlərə dərin təşəkkürümü bildirirəm”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR