Logo

Temperatur 39 dərəcəyədək yüksələcək - SABAHIN HAVASI

Temperatur 39 dərəcəyədək yüksələcək - SABAHIN HAVASI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətinin Sfera.az-a bildiriblər ki, havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR