Logo

Xalçalar geyim oldu: Heydər Əliyev Mərkəzində dəb gecəsi - FOTOLAR

Xalçalar geyim oldu: Heydər Əliyev Mərkəzində dəb gecəsi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib.

Sfera.az xəbər verir ki,  təqdimat zamanı “AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Sumakh” geyim kolleksiyası nümayiş etdirilib.

“AFFFAIR in Carpets” adlı nümayişdə "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury" kolleksiyasından geyimlərin dəfiləsi keçirilib. "Sumakh Haute Couture" bu günədək Paris və Moskvada nümayiş etdirilib. "Sumakh Affordable Luxury" kolleksiyası isə ilk dəfə məhz Bakıda nümayiş olunub.

Qeyd edək ki, beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl, ilk Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilib.

2 fevral 1981-ci ildə, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olan R.İsmayıl 19 yaşında Niderlandın Amsterdam şəhərinə köçüb və  gənc yaşlarında Valentin Yudaşkin, Pak Roban və bir çox məşhur dizaynerlərlə çalışmağa başlayıb. Yeniyetməlik illərində moda evlərində modellik etməyə başlayan Rüfət,  2000-ci ildə Azərbaycanın "Ən Yaxşı Modeli" adına layiq görülüb. O, 2014-cü ildə öz brendini yaratmaq qərarına gəlib,  Milanda "Afffair.fff" kişi kolleksiyasını hazırlayıb.

Rüfət İsmayıl Türkiyənin İstanbul şəhərində yaşayır  və Türkiyənin "ən yaxşı dizayneri" adına layiq görülüb. Onun kolleksiyası "Pitti Uomo" sərgisində də təqdim olunub. 2019-cu ildə Rumıniyanın "Fashion TV" kanalı onu Avropanın ən yaxşı dizayneri hesab edib. Onun yaratdığı moda kolleksiyaları dünyanın aparıcı moda nəşrlərində, o cümlədən İtaliyanın "Vogue" jurnalında yer alıb. 2019-cu ildə "Men's Health" kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşüb. Həmin ilin fevralında dizaynerin "Kəpənək Effekti" adlı kolleksiyası Nyu-Yorkda nümayiş olunub, həmçinin Nyu York Moda Həftəsində özünün "Afffair Khari Bulbul flower" kolleksiyasını təqdim edib. Həmin ilin sentyabrında türkiyəli aktrisa Nəbahat Çehrə ilə yeni kolleksiyasını nümayiş etdirib. Onun "AFFFAİR" brendinin 2020–2021-ci il payız/qış mövsümünə aid kolleksiyası Parisdə moda həftəsində təqdim edilib.

2021-ci ilin oktyabrında onun Azərbaycan xalçalarına, Azərbaycan mədəniyyətinə və İkinci Qarabağ müharibəsindəki qələbəmizə həsr etdiyi "Sumax" adlanan "Haute Couture" kolleksiyası Parisdə təqdim edilib. "Sumax" kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.

Rüfət İsmayılovun ulduz alıcıları arasında Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande, Lil Kim, Cordana Hyuston, Alan Tapiqliana, Aşanti, Dua Lipa, Loren Xureqi, Kristina Agilera və başqalarını var.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR