Logo

Lökbatanın qaz təchizatı bərpa olundu

Lökbatanın qaz təchizatı bərpa olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lökbatan qəsəbəsinin qaz təchizatında yaranan fasilə aradan qaldırılıb.

"Azəriqaz" İB-dən Sfera.az-a verilən məlumata görə, qəzaya səbəb ötən gün gecə saatlarında "Qaz İxrac" İdarəsinə məxsus "Lökbatan" QPS-i qidalandıran yüksək təzyiqli magistral qaz kəməri qolunun qaynaq tikişində 10 sm-lik çatın yaranması olub.

Qeyd olunub ki, qəza halının aradan qaldırılması səbəbindən Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranmışdı. Artıq bugün təmir işləri başa çatdırılıb və qəsəbəsinin qaz təchizatı tam bərpa olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR