Logo

Ərə verilən 16 yaşlı qızın toyunun QARŞISI ALINDI - RƏSMİ 

Ərə verilən 16 yaşlı qızın toyunun QARŞISI ALINDI - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın zorla ərə verilməsini xəbər vermişdik. Azyaşlı Zeynəb Umar qızı Məmmədova ilə aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovun bu gün toy mərasimi baş tutmalı idi. 

Şəki Şəhər Polis Şöbəsinin müdaxiləsi ilə toy mərasiminin qarşısı alınıb.

Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məluat verib.

Onun sözlərinə görə tərəflərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və polisin də müdaxiləsi ilə mərasimin keçirilməsinin qarşısı alınıb:

“Hazırda həmin faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır”, - deyə Mahir Mənsimov qeyd edib.

Xatırladaq ki, ərə verilən Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR