Logo

İrandan gələn kişi tiryəki elə yerində gizlətdi ki...

İrandan gələn kişi tiryəki elə yerində gizlətdi ki...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Narkotik vasitənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, “Astara” gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirsə də, şəxsi yoxlama zamanı vətəndaşın corabının alt hissəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd selofan bükümdə, ümumilikdə çəkisi 5,304 qram olan  narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR