Logo

Quba sakini bıçaqlanaraq qətlə yetirildi

Quba sakini bıçaqlanaraq qətlə yetirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Quba Rayon Polis Şöbəsinə iyunun 3-də saat 21 radələrində Çartəpə kəndində şəhər sakini, 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla rayon sakini K.Baxışovun yaşadığı Çartəpə kəndindəki evində münaqişə zəminində E.Hacıyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində K.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR