“Manaf, sən kimsən axı? Kənddə “Zaporojets“ sürürdün...“ - QALMAQAL

“Manaf, sən kimsən axı? Kənddə “Zaporojets“ sürürdün...“ - QALMAQAL

Müğənni Manaf Ağayevin efirdə “Mən Manafam, "07", "06" sürüm? Onlara da minmişəm, indi müğənniyəm, yaxşı maşınım olmalıdır" deməsi cəmiyyətin sərt reaksiyasına səbəb olub. Bəziləri onun bu cür fikirlər səsləndirməsini yekəxanalıq kimi qiymətləndirib və qınaq atəşinə tutublar.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarının bu cür açıqlama verməsini düzgün hesab etməyib və onu tənqid edib:

 

“İndiki müğənnilər özləri bu cür sərt tənqid olunmağa şərait yaradırlar. O vaxt Aygün, Röya, Abbas kimi müğənnilər toy qiymətləri ilə gündəmə gəlirdilər. Biri deyirdi 15 minə, o biri deyirdi 20 minə toylara gedirəm. Bütün bunlar gətirib sonunda onları yolçu gününə saldı, indi də qəbul etmirlər ki, yolçudurlar. Müğənni kimdir ki? Onu xalq dolandırır. Sən xalqa şişirdilmiş qiymətlər deyib toya getsən, Allah da burnundan gətirər. İndi o pulları verən yoxdur, amma başlarında o hava qalıb ki, bir ətək pul verib toylara çağıracaqlar, bunlar da 07, 06 sürməyəcəklər. Siz elə "Zaporojets" sürmüsünüz də, guya kənddə nə sürmüsünüz ki?! Noldu, gəldin Bakıya “Maybach” sürürsən? Belə olmur axı. Adam yorğanına baxıb ayağını uzadar. Sən iş adamı, məmur, icra başçısı, Prezident deyilsən. Kimsən axı? Müğənnisən, toylara gedib oxuyursan, toy olmasa, acından ölənin birisən! Ona görə, adam heç vaxt çaşmaz, qudurmaz! Ümumiyyətlə, bu sözüm təkcə Manaf Ağayevə yox, bütün müğənnilərə aiddir. İstər Aygün Kazımova olsun, istər Nadir Qafarzadə, istərsə Vasif Məhərrəmli...”

 

İfaçı qeyd edib ki, bu gün bəzi həmkarları yekəxanalıq edir, xalqa şişirdilmiş qiymətlər deyərək toylara gedirlər:

 

“Hər şey dəyişəcək, dünya dəyişilir. Müğənnilər başa düşməlidir ki, dəyişilən dünyada yaşayırlar, buna ayaq uydurmalıdırlar. Dəyişilən dünyada sən nəinki 07,  hətta “Zaporojets”, “OKA” - çolaq maşını da sürə bilərsən. Mən heç vaxt müğənnilərin bu cür yekəxana olmasına yaxşı qiymət verməmişəm. Hər zaman qıraqdan baxıb onlara demişəm ki, mən illərdir səhnədəyəm, biz belə olmamışıq, xalqa bu cür qiymət deməmişik. Biz camaatın toyuna bir qohum kimi, yaxın kimi getmişik. Görmüşük ki, kasıb adamdır, necə ona deyə bilərdik ki, çıxar filan qədər pul ver, oxuyum? Olmaz axı. Hər zaman demişik ki, nəyə gücün çatır, gətir ver”.


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...