Logo

Bakının bu yerlərində internet pulsuz olacaq

Bakının bu yerlərində internet pulsuz olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayır.

Bakının bu yerlərində internet pulsuz olacaq

Milli.Az-a verilən məlumata görə, layihəyə əsasən, Nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və "Fəvvarələr meydanı" ərazilərini ictimai "Wi-Fi" şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.

Bakının bu yerlərində internet pulsuz olacaq

İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir.  İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

Bakının bu yerlərində internet pulsuz olacaq

Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR