Logo

Səhiyyə naziri həbs edildi - Azərbaycandan pulsuz vaksinlər alınsa da...

Səhiyyə naziri həbs edildi - Azərbaycandan pulsuz vaksinlər alınsa da...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Korrupsiyada ittiham olunan Qırğızıstanın səhiyyə naziri saxlanılıb.

Sfera.az xəbər verir ki, nazir Alımkadır Beyşenaliyev koronavirusa qarşı vaksinlərin pulunu mənimsəməkdə şübhəli bilinir.

Qırğızıstan Çin, Rusiya, Azərbaycan, Qazaxıstan və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doz vaksin alınıb.

Həmin vaksinlər üçün ödənilən məbləğ isə ofşor hesaba köçürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır. (Bizim.Media)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR