Logo

‘Rio’ olimpiyadasından ‘2’ alan nazirlər kimlərdi? – Medallı və medalsız məmurların REYTİNQİ

‘Rio’ olimpiyadasından ‘2’ alan nazirlər kimlərdi? – Medallı və medalsız məmurların REYTİNQİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Braziliyanın Rio-De–Joneyro şəhərində keçrilən XXXI Yay Olimpiya oyunları başa çatdı.

56 idmançı ilə bu mötəbər turnirdə təmsil olunan Azərbaycanın 1 qızıl, 7 gümüş, 10 bürünc (18 medal) medal qazanması idman siyasəti ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Belə ki, ölkə başçısı İlham Əliyev tərəfindən də maraqla izlənilən turnirin nəticələrinin o qədər də ürəkaçan olmaması federasiya prezidenti olan məmurların vəziyyətini çətinə salıb.

Sfera.az oyunlardan sonra müxtəlif idman növləri üzrə federasiya prezidenti olan məmurların reytinqini təhlil edib.

Kəmaləddin Heydərovun reytinqi yüksəldi…

‘Rio’ olimpiyadasından ‘2’ alan nazirlər kimlərdi? – Medallı və medalsız məmurların REYTİNQİ

Olimpiyadanın ən gözlənilməz qalibiyyəti Taekvondoçu Radik İsayevdən (+80 kq) gəldi . R.İsayev Azərbaycana olimpiyadalar tarixində Tekvando idman növündə ilk dəfə qızıl medal qazandıran idmançı ola bildi.

R.İsayev bu qalibiyyəti ilə 400 minlik mükafat alaraq Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun məmurlar arasında reytinqinin daha da yüksəlməsinə səbəb oldu.

Bundan başqa bu idman növü üzrə Patimat Abakarova (49 kq) və Milad Beiqi Harçeqani (80 kq) bürünc medal qazana bildilər.

"Fövqəlnazir"in məmurlar arasındakı reytinqini boksda qazanılan medallar da qaldırıb. Belə ki, Boks Federasiyasının da prezidenti olan Kəmaləddin Heydərovun rəhbərliyi altındakı idmançılardan Kamran Şahsuvarlı (75 kq) bürünc, Lorenzo Sotomayor (64 kq) gümüş medal qazanıblar.

Fazil Məmmədovun düşən reytinqi...

‘Rio’ olimpiyadasından ‘2’ alan nazirlər kimlərdi? – Medallı və medalsız məmurların REYTİNQİ

Azərbaycan olimpiyadalar tarixində ən çox medalları güləşdən qazanıb. Məhz bu idman növünü qızıl medalların qazanılması üçün hər zaman ümid yeri olsa da, bu il gözlənilənin əksi müşahidə olundu. Belə ki, qızıl qazanması öncədən proqnozlaşdırılan idmançıların hamısı birinciliyi əldən verdilər.

Yunan-Roma güləşində böyük ümidlər bəslənilən Rəsul Çunayevin (66 kq) bürünc medal qazanması məyusluğa səbəb oldu. Bu idman növündə digər idmançımız Sabah Şəriəti də (130 kq) bürünc medal qazandı.

Sərbəst güləşdə isə ötən olimpiya oyunlarında qızıl medal qazanan Toğrul Əsgərov (66 kq) gümüş medal qazanaraq daha bir qızıla olan ümidin puça dönməsinə səbəb oldu.

Ən çox sərbəst güləş üzrə olimpiyadada çıxış edən idmançılarımızdan Mariya Stadnik (48 kq) - gümüş, Nataliya Sinişin (53 kq) – bürünc, Hacı Əliyev (57 kq) – bürünc, Cəbrayıl Həsənov (74 kq) – bürünc, Şərif Şərifov (85 kq) – bürünc, Toğrul Əsgərov (66 kq) – gümüş, Xetaq Qazyumov (97 kq) – gümüş medal qazanaraq ümumi medalların sayını çoxalmasına səbəb oldular.

Güləş üzrə qızıl gözləntilərinin heçə çevrilməsi Vergilər Naziri və Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun reytinqinin düşməsinə səbəb oldu.

Avarçəkmə Federasiyasında yüksələn iş adamı

‘Rio’ olimpiyadasından ‘2’ alan nazirlər kimlərdi? – Medallı və medalsız məmurların REYTİNQİ

Azərbaycan olimpiyadalar tarixində ilk dəfə avarçəkmə idman növündə iki medal qazanaraq böyük bir uğura imza ata bildi.

Belə ki, bu idman növü üzrə İnna Osipenko-Radomskaya Kayak (200 m) - bürünc medal, Valentin Demyanenko (kanoe, 200 m) - gümüş medal qazanaraq ölkələr arasındakı reytinqimizin yüksəlməsinə səbəb oldular. Bu medallar isə «İtaldizain Holdinq»in əsas səhmdarlarından biri olan iş adamı Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovun məmurlar arasında reytinqinin yüksəlməsinə səbəb oldu.

Mətbuat və ictiamiyyət arasında adına az rast gəlinən Elçin Zeynalovun Gənclər və İdman naziri Azad Rəhimovla yaxın münasibəti olması onun idman sahəsində özünü sınaqdan keçirməsinə yol açıb. Bundan başqa, federasiya prezidenti Kəmaləddin Heydərovla qudadır. Belə ki, K.Heydərovun kiçik oğlu Nicat Heydərov Elçin zeynalovun qızı ilə ailə həyatı qurub.

Nicat Rəhimov olayından zərərli çıxan AZAL rəhbəri

‘Rio’ olimpiyadasından ‘2’ alan nazirlər kimlərdi? – Medallı və medalsız məmurların REYTİNQİ

Rio olimpiya oyunları Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti və AZAL rəhbəri Cahangir Əsgərov üçün çətin günlərin başlanğıcı oldu. Belə ki, bu idman növü üzrə vaxtilə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Nicat Rəhimovun başqa bir ölkənin bayrağı altında qızıl medal qazanması AZAL rəhbərinin federasiya prezidenti kimi heç bir fəaliyyəti olmadığını göstərdi.

Azərbaycandan küsüb gedərək Qazaxıstana köçən və bu ölkənin adı ilə olimpiyadanın qalibi olan Nicat Rəhimovun Ağırlıqqaldırma Federasiyasında baş verən özbaşınalıqlarla bağlı açıqlamaları da C.Əsgərovun işini daha da çətinləşdirib.

Cüdodan gələn 2 qızılsız medal

‘Rio’ olimpiyadasından ‘2’ alan nazirlər kimlərdi? – Medallı və medalsız məmurların REYTİNQİ

Cüdoda qızıl medal qazanması üçün ümid bəslənilən Elmar Qasımov (100 kq) gümüş medal alaraq məyusluğa səbəb oldu. Bundan başqa bu idman növü üzrə digər bir idmançımız Rüstəm Orucov (73 kq) da gümüş medal alaraq komanda hesabımıza 2-ci medalı qazandıra bildi.

Cüdo Federasiyası prezident Rövnəq Abdullayevin bu göstəricilər önündə məmurlar arasında reytinqinin heç də aşağı olmadığını deyə bilərik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR