Logo

“Bu bölgələr üzrə 70 faiz insan icbari tibbi sığortadan istifadə etmir” – RƏSMİ

“Bu bölgələr üzrə 70 faiz insan icbari tibbi sığortadan istifadə etmir” – RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı, Abşeron, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında insanların əksəriyyəti (70%) icbari tibbi sığortadan istifadə etmir.

Bu barədə Sfera.az-a məlumat Sosial Tədqiqatlar Mərkəzindən verilib. Məlumatda qeyd olunub ki, adıçəkilən bölgələr üzrə 386 respondentin rəyi öyrənilib:
“386 respondent seçmənin reprezentativliyini təmin edir. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Sorğu çərçivəsində respondentlərin “İcbari tibbi sığortadan istifadə etmisinizmi?” sualına münasibətinin təhlili aşağıdakı nəticələrə gəlməyimizə əsas verir. Müvafiq suala respondentlərin cavablarının təhlilinə əsasən rəyi öyrənilənlərin 23,3%-i icbari tibbi sığortadan istifadə etdiyini qeyd edib.

Ümumi olaraq respondentlərin əksəriyyəti (70%) icbari tibbi sığortadan istifadə etmədiyini bildirib.

18-25 yaş arasında olan respondentlər (61,3%) 65 yaşdan yuxarı respondentlərlə müqayisədə (79,5%)  icbari tibbi sığortadan istifadə etməyib.

Bununla yanaşı, analoji mövqe üzrə göstəricilər şəhər əhalisində nisbətən daha çox müşahidə edilib  (müvafiq olaraq şəhər əhalisi 74,1%, kənd əhalisi 63,7%).
Respondentlərin 6,7%-nin isə ümumilikdə bu barədə məlumatı yoxdur”,- deyə xəbərdə bildirilib.

Əzizə Zeynal
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR