Arvadının iş yerinə getdi: eşitdiyi xəbərdən sonra intihar etdi - VİDEO - FOTO
Türkiyə bu ailə dramından danışır.
Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, Pendikdə bir şəxs arvadının ilk evliliyindən olan iki uşağını silahla yaraladıqdan sonra özünü öldürüb.Hadisədən öncə həyat yoldaşının işlədiyi otelə gedən şəxsin otel işçisinə atəş açdığı da təhlükəsizlik kameraları tərəfindən çəkilib.

HADİSƏNİN TƏFƏRRÜATI
Cinayət hadisəsi Pendik, Baxçalıevlər Məhəlləsi, Şərəfli küçəsində saat 13.30 radələrində baş verib. İddiaya görə, 50 yaşlı Murathan ondan ayrılmaq istəyən həyat yoldaşı Diləyin işlədiyi otelə gedərək, yoldaşının orada olub-olmadığını soruşub. Yoldaşının oteldə olmadığını öyrənən Murathan Çorlu mübahisə zəminində otel işçisi Mətin Laləni silahla yaralayıb. Ardınca Baxçalıevlərdəki evinə qayıdıb. Murathan Çorlu evdə arvadının ilk evliliyindən olan ögey oğlu Direncan Çoparoğlu və ögey qızı Kardelen Çoparoğluya silahdan atəş açıb, sonra intihar edib.

Dərhal hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıblar.
Başından yaralanan 15 yaşlı Direncan Çoparoğlunun vəziyyətinin ağır olduğu deyilir. Digər iki yaralının sağlıq durumlarının qənaətbəxş olduğu açıqlanıb.

Polis faktla bağlı araşdırma aparır.







