“Yeni qanun lotereya oyunlarının şəffaf təşkil edilməsi bağlı tələbləri təkmilləşdirib” - Millət vəkili

“Yeni qanun lotereya oyunlarının şəffaf təşkil edilməsi bağlı tələbləri təkmilləşdirib” - Millət vəkili

““Lotereyalar haqqında” qanuna sonuncu dəfə 2021-ci ilin dekabrında dəyişiklik edilib və bu dəyişiklikdən sonra oyunların şəffaf şəkildə təşkil edilməsi və keçirilməsi ilə bağlı tələblər təkmilləşdirilib”.


Sfera.az xəbər verir ki, bunu lotereya oyunlarında şəffaflığın təmin edilməsi məqsədilə qanunvericilikdə aparılan islahatları şərh edərkən millət vəkili, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.


Millət vəkili qeyd etdi ki, 2021-ci ilin sonunda qəbul edilən bu sahədə mütərəqqi yeniliklər yaradır: “Zərurət yaranarsa, bu sahəni tənzimləyən qanunvericilik bazasında təkmilləşdirmə işləri gələcəkdə də aparılacaq. “Lotereyalar haqqında” qanunda dəyişiklik edilməsində məqsəd şəffaflığın və hesabatlılığın artırılması və ona nəzarətin gücləndirilməsidir. Yeni qanun bu sahədə əlavə imkanlar yaradır.


Şəffaflığın təmin edilməsi istiqamətində müsbət dəyişikliklər var və əgər ehtiyac olacaqsa, qanunvericilik bazasının gücləndirlməsi üçün gələcəkdə də bu istiqamətdə təkmilləşdirmə həyata keçiriləcək.


Qanunvericiliyə dəyişikliklərin edilməsindən sonra aparılan monitorinqlər göstərir ki, şəffaflığın artması və mükafat fondunun daha ədalətli bölüşdürlməsi müşahidə edilir. Xüsusən bu sahəyə Türkiyə şirkətinin cəlb edilməsi daha yaxşı təcrübənin tətbiqinə imkan yaradıb”.


V.Bayramov qeyd etdi ki, şəffaflığın təmin edilməsində dövlətin də rolu artır. O əlavə etdi ki, şəffaflığın təmin edilməsi üçün dövlətin rolunun artırılması ilə bağlı işlər davam etdirilir və əsas prioritet bütövlükdə sistemin təkmilləşdirilməsidir. Onun sözlərinə görə, qanunvericilik təkmilləşdirilməsi fonunda bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçiriləcəyi gözlənilir.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR