May ayında 756 nəfər nəfər zəhərlənib – Əksəriyyət kişilərdir…

May ayında 756 nəfər nəfər zəhərlənib – Əksəriyyət kişilərdir…

“May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib”.

Sfera.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbəri Elnur Hidayətoğlu bildirib. O, zəhərlənənlərin çoxunun dərmandan olduğunu deyib:

“Zəhərlənənlərdən 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.



Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-si sirkə turşusundan, 6-ı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.


Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib”.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR