Logo

Honduras ilə Nikaraqua kanallarında Azərbaycana həsr edilən proqram və reportaj efirə gedib - VİDEO/FOTO

Honduras ilə Nikaraqua kanallarında Azərbaycana həsr edilən proqram və reportaj efirə gedib - VİDEO/FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Honduras Dövlət Televiziyasında (Canal Hondureño de Televisión - CHTV) və Nikaraquanın Dövlət Televiziyası TN8-də Azərbaycana həsr edilən veriliş və xüsusi reportaj efirə gedib.

"44 gün davam edən və işğal altında olan Azərbaycan ərazilərinin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsinə və Azərbaycan xalqının qürur mənbəyinə çevrilib. O cümlədən, bu zəfərlə Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi" - Honduras Dövlət Televiziyasında çıxış edən, Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov qeyd edib.

M.Qurbanov 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini də xatırladıb:

"Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət ərazisinin təxminən 20 faizi işğal altında idi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan dövləti azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Eyni zamanda, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan hökuməti 1993-cü ildən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə məhəl qoymayaraq həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdı. 30 ilə yaxın davam edən işğalçı rejimin növbəti provokasiyasından sonra 2020-ci ildə qaçılmaz olan Vətən müharibəsində biz Azərbaycan xalqı olaraq öz ərazi bütövlüyümüzü bərpa etdik. İşğala biz son qoyduq! II Qarabağ müharibəsindən qalib tərəf kimi çıxdıq!".

M. Qurbanov eyni zamanda Azərbaycanın dini, irqi ayrı-seçkilikdən uzaq olduğunu, tolerant ölkə olduğunu vurğulayıb:

"Bizim ölkədə müsəlman, yəhudi, xristian icmaları var və uzun illərdir ki, birgə yaşayırlar. Yəhudilərin kompakt şəkildə yaşadığı azsaylı ölkələrdən biri də Azərbaycandır".

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, o cümlədən tolerantlıq və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində əvəzolunmaz xidmətlərindən də bəhs edib.

"Birinci vitse-prezident, Heydər Əliyev Fondunun ­prezidenti Mehriban xanım Əliyeva ölkədə sosial rifahın yüksəldilməsinə, elm, mədəniyyət, təhsil, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verir, onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı beynəlxalq layihələr əsasında Azərbaycanda tolerantlıq və mədəniyyətlərarası dialoq gündən-günə daha da inkişaf edir", - deyə M.Qurbanov vurğulayıb.

Hər iki kanalda, həmçinin Azərbaycan reallıqları, Azərbaycan və ispandilli ölkələr arasında görülən işlər, gələcəkdə daha sıx əməkdaşlıq üçün bir sıra layihələrin keçirilməsi, ölkənin iqtisadi inkişafı və Azərbaycanın regionda güclü potensiala sahib ölkə olduğu barədə də bəhs olunub.

Qeyd edək ki, Nikaraqua Dövlət Televiziyasının müxbiri Antenor Penya Solano efirdə: “Bütün Nikaraqua xalqı “Qarabağ - Azərbaycandır” deyir”, - fikirlərini də səsləndirib.

Honduras Dövlət Televiziyası (Canal Hondureño de Televisión - CHTV):

Nikaraquanın Dövlət Televiziyası TN8:

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR