Logo

Zelenski daha bir azərbaycanlı hərbçini təltif edib

Zelenski daha bir azərbaycanlı hərbçini təltif edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.

Sfera.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Qeyd edək ki, əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR