Logo

Zibillikdən sərvət çıxdı - VİDEO

Zibillikdən sərvət çıxdı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda hər il 100-150 kiloqram və ya 1500 manata yaxın dəmir pul tapılır.

Sfera.az xəbər verir ki, tapılan xırda qəpiklər əvvəlcə yuyucu vasitələrdən istifadə edilərək yuyulur, sonra isə dezinfeksiya edilir. Mərkəzi Banka təhvil verilib kağız pullara dəyişdirilən həmin məbləğ xeyriyyə məqsədləri üçün istifadə edilir.

Xezerxeber.az-ın məlumatına görə, "Təmiz Şəhər" ASC -nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov deyib ki, hər gün zavoda 2 min tondan çox tullantı təhvil verilir. Bunların içərisindən isə xeyli miqdarda qəpiklər tapılır.

Onun sözlərinə görə, tapılan vəsait hər il xeyriyyə məqsədilə istifadə olunur.

Qeyd edək ki, Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda  tapılan dəyərli əşyalardan ibarət  muzey də fəaliyyət göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR