Logo

İspaniyada 132 nəfər meymunçiçəyinə yoluxub

İspaniyada 132 nəfər meymunçiçəyinə yoluxub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniya səlahiyyətliləri krallıqda azı 132 nəfərin meymunçiçəyinə yoluxduğunu təsdiqləyib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“III Karlos Sağlamlıq İnstitutu 132 müsbət ortopoksvirus hadisəsini təsdiqləyib, onlar meymunçiçəyi ilə bağlı təsdiqlənmiş hallar kimi tanınır”, - qurumdan bildirilib. Bundan əvvəl səlahiyyətlilər 120 hadisə barədə məlumat vermişdi.

“Publico” qəzetinin yazdığına görə, Portuqaliyada 100 yoluxma halı qeydə alınıb ki, bu da bazar ertəsi elan edilən rəqəmdən 4 vahid çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə rast gəlinir.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR