Bu il həcc ziyarətinə ilk dəfə gedənlərin sayı çoxdur - VİDEO
Bu il həcc ziyarətinə yollananların böyük əksəriyyəti ilk dəfə gedənlərdir.
Sfera.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, hər il həcc ziyarətinə ilk dəfə gedənlərin sayı çox olur. Hazırda zəvvarların siyahıya alınması davam edir. Bu günə olan statistika da onu göstərir ki, bu il də nisbət dəyişməyəcək.
QMİ rəsmisi əlavə edib ki, bu il həccə gedənlərdən ən cavanı 22 yaşındadır. Ümumiyyətlə, builki ziyarətdə zəvvarların yaşı ilə bağlı müəyyən qadağalar var.
Vüsal Cahangiri bildirib ki, artıq həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu başa çatıb. Azərbaycana ayrılan 680 nəfərlik kvota dolub. Həcc ziyarətinin qiyməti bu il 9 106 manat müəyyən olunub. Şöbə müdiri bildirib ki, qiymət digər ölkərə nisbətdə Azərbaycanda ucuzudur. Amma ümumilikdə qiymətin baha olmasının bir neçə səbəbi var.
Qiymətə zəvvarların orada qalması, qidalanması, müxtəlif yərlərdəki ziyarətgahlara aparılması daxildir.
Qeyd edək ki, həccə gedən zəvvarların hər birindən beynəlxalq səviyyədə tanınan 2 doza vaksin pasportu tələb olunur. Bununla bərabər həccə getməzdən 72 saat öncə öz hesablarına PCR test verilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






