Nazir: Hər qəpiyimizə diqqətlə yanaşmalıyıq
Kateqoriya məlum deyil
Biz israfçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib. “Maliyyə Nazirliyi tərəfindən bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq”, - deyə nazir qeyd edib.






