Qubadlı şəhərinin Baş planını İsveçrə şirkəti hazırlayacaq
Kateqoriya məlum deyil
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
Sfera.az xəbər verir ki, “APA-Economics”in dövlət satınalmaları elektron portalına istinadən verdiyi məlumata görə, tenderin qalibi mərkəzi ofisi İsveçrədə yerləşən “Sapertners” Beynəlxalq Şəhərsalma və Planlaşdırma Agentliyi seçilib.
Şirkətlə layihə çərçivəsində 745,6 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, müqaviləyə əsasən Qubadlı şəhərinin Baş planının bir il ərzində təhvil verilməsi planlaşdırılır.






