Logo

Nazir general-mayoru təqaüdə göndərdi

Nazir general-mayoru təqaüdə göndərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR