“Məktəb bufetlərində vəziyyət acınacaqlıdır”

“Məktəb bufetlərində vəziyyət acınacaqlıdır”

“Məktəb bufetlərində vəziyyət acınacaqlıdır”.


Sfera.az bildirir ki, bunu qida üzrə ekspert Ağa Salamov deyib. O bildirib ki,  şagirdlərə zərərli içkilərlə yanaşı, zərərli qidalar da  baha qiymətə satılır:


“Məktəb bufetlərinə nəzarət sistemi demək olar ki, sıfırdır. Direktor, rektor və ya AQTA bu bufetlərə bir dəfə də olsun baxış keçirmir. Direktor və ya rektoru anladıq, onlar bəlli adamlara bufet icarəyə verib pul qazanır. Bəs AQTA hara baxır? Niyə bu bufetlərin vəziyyəti acınacaqlı durumdadır?”.


Ekspert əlavə edib ki, təhsil ocağına qida məhsullarının gətirilməsinin də əleyhinədir:


“Təhsil ocaqlarında sağlam qidalanma rejimi tətbiq olunmalıdır. Çünki tələbənin bura gətirdiyi qidalar arasında riskli məhsullar da ola bilər. Saatlarla çantada qalan riskli qidalar mikrobioloji çirklənməyə məruz qalır ki, bu da tələbənin zəhərlənməsi ilə nəticələnə bilər. Çıxış yolu yalnız sağlam tələbə menyusunu yaratmaq və onların büdcəsinə uyğun olaraq satışını bərpa etməkdən ibarətdir”.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR