Türkiyənin "Timsah" stadionu "Azərbaycan Arena" ola bilər - FOTO/VİDEO
Bu ad “Bursaspor” klubunun yeni stadionuna verilə bilər.
Türkiyədə "Azərbaycan Arena" adlı stadion ola bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu ad “Bursaspor” klubunun yeni stadionuna verilə bilər. Bunu klub prezidenti postuna namizədlərdən olan Timur Noyan deyib.
O bildirib ki, seçkilərdən qalib ayrılarsa, yeni stadionun adı “Azərbaycan Arena” ola bilər.
O, sadion və yeni formaları haqqında da danışıb. Nyan deyib ki, stadionun "Azərbaycan Arena" adlandırılması üçün ilkin görüşmələr keçirib.
Namizəd deyib ki, komandası ilə birlikdə "Real Madrid", "Barselona", "Bavariya" kimi klubları analiz ediblər. ""Bursaspor"un dibdə olduğunu hamımız bilirik".
Stadionun görüntüsü
“Bursaspor”da prezident seçkiləri yanvarın 11-19-da keçiriləcək. Stadion 2015-ci ilin dekabr ayında açılıb. Açılışı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan edib. Arena 44 min tamaşaçı tutumuna malikdir.
Bura "Timsah stadion" kimi də tanınır.
Buna səbəb isə stadionun giriş hissəsinin timsahın başına bənzəməsidir.
Stadionun inşasına 2011-ci ildə başlanılıb. Stadion 230 milyon lirəyə inşa edilib, burada azarkeşlər üçün hər bir şərait nəzərdə tutulub.
Stadionun açılışı






