Ciddə-Bakı aviareysi texniki səbəblərə görə gecikir
Kateqoriya məlum deyil
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Ciddə şəhərindən Bakıya yola düşən (J2-1092 reysi) təyyarəsinin uçuş saatı texniki səbəblərə görə gecikir.
"Azərbaycan Hava Yolları" QSC-dən Sfera.az-a verilən məlumata görə, sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.






