Daşkəsənə və Qaxa dolu yağdı - FOTOLAR
Daşkəsən rayonuna dolu yağıb.
Sfera.az-ın xəbərinə görə, bu gün axşam saatlarında rayonun bir sıra kəndlərinə, o cümlədən, Xoşbulaq kəndinə bir neçə dəqiqə dolu düşüb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dolu kommunal sahədə heç bir problem yaratmayıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Gəncəyə və qərb bölgəsinin bir sıra ərazilərinə güclü yağış yağıb./Qafqazinfo/
***
Qax rayonuna dolu yağıb.
Dolu əsasən şəhər ərazisinə və bir neçə kəndə düşüb.
Təqribən bu gün axşam saat 21:30-dan etibarən yağmağa başlayan dolu 10 dəqiqə müddətində davam edib. Dolu meyvə ağaclarına ziyan vurub.
Qeyd edək ki, şimal-qərb bölgəsində dünəndən etibarən qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış axşam saatlarında doluya çevrilib./Report/






