Logo

Uşaqlar arasında YENİ VİRUS: gözləri, qulaqları...

Uşaqlar arasında YENİ VİRUS: gözləri, qulaqları...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Son dövrlərdə xüsusən də son 1 ayda uşaqlar arasında konyunktivlər (göz qızartıları) artıb. Gözlərin hiperimiyası artıb. Bunun da səbəbi onun virus mənşəli olmasıdır”.

Sfera.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında pediatr Qoşqar İsmayılov deyib.

O bildirib ki, belə virusların aktivləşməsi hava şəraiti ilə bağlıdır:

“Xüsusən də hava şəraitinə, iqlimdə olan qlobal dəyişikliklə bağlı olaraq müəyyən virusların aktivləşməsi nəticəsində gözlərdə, qulaqlarda və əsnəkdə qızartılar yaranır”.

Onun sözlərinə görə, uşaqlarda göz qızartıları iki formada gedir:

“Konyunktivlər allergik və virus formasında gedir. Allergik konyunktivi daha çox allergiyası olan uşaqlarda olur. Onun müalicəsi pediatr, allerqoloq tərəfindən aparılır. Virus konyunktivlərində isə uşaqda mədə-bağırsaq problemlərinə, nazafaringit əlamətlərinə baxılır. Və ona uyğun da pediatr tərəfindən müalicə aparılır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR